Modern.az

Baş redaktor vəfat edib

Baş redaktor vəfat edib

Allah rəhmət eləsi̇n

18 Avqust 2026, 09:12

Jurnalist Ədalət İsmayılov vəfat edib

Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat yayıblar.

Ə.İsmayılov müxtəlif mətbu orqanlarda çalışıb. O, şair Mədəd Coşqunun oğludur.

Jurnalistin bacısı Sədaqət İsmayılova da əvvəllər onunla birgə BBC-nin Bakı ofisində çalışıb və xərçəngdən dünyasını dəyişib.

Ədalət Mədəd oğlu İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində ziyalı ailəsində doğulub. O, 1990-1996-cı illərdə A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Tələbəlik dövründən jurnalistikaya həvəs göstərən Ə.İsmayılov sonralar bir sıra mətbu orqanlarda çalışıb. Belə ki, o, BBC radiosunun Bakı ofisində, “Elm”, “İntibah”, “Əlillər”, “Kaspiy”, “New Baku Post” və digər mətbuat qurumlarında çalışıb.
Ə.İsmayılov bədii yaradıcılıqla da məşğul olub, bir neçə kitabın müəllifidir.

Ədalət İsmayılov 2019-cu ildən Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?