Modern.az

Prezident: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Prezident: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Ölkə

23 Avqust 2026, 21:35

Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında deyib.

“Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir”, - deyən dövlətimizin başçısı bunun Prezident Şavkat Mirziyoyevin xidməti olduğunu vurğulayıb. O deyib: Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...