Modern.az

Rəsul Quliyev Saakaşviliyə "Jirinovski" dedi - İTTİHAMA CAVAB

Rəsul Quliyev Saakaşviliyə "Jirinovski" dedi - İTTİHAMA CAVAB

Ölkə

3 Avqust 2013, 10:28

“Saakaşvili Jirinovskinin ingilis dilində danışan variantıdır”. Bu fikirləri Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Şura haqda verdiyi bəyanata cavabında bildirib. Gürcü prezidentin ittihamlarını Modern.az saytına şərh edən eks-spiker Saakaşvilini yalan danışmaqda günahlandıraraq, onun fırıldaq adam olduğunu deyib.

R.Quliyevin sözlərinə görə, ola bilsin ki, M.Saakaşvili bu fikirlərinə görə, Azərbaycan iqtidarından küllü miqdarda maliyyə alıb.

“Bizim yaddaşımız zəif olduğundan istəyirəm yenidən yadınıza Saakaşvilinin 2012-ci ildə Azərbaycanda Milli Məclisdə olarkən etdiyi çıxışına bildirdiyim münasibəti yadınıza salam. Əvvəlcə onu qeyd edim ki, Saakaşvilinin Milli Məclisdəki çıxışında 1918-ci ildə demokratik Azərbaycanın qurulması və Rəsulzadənin adını çəkməsi bir çoxlarını riqqətə gətirmişdi, hətta “Saakaşvilidən xahiş edək Rəsulzadəyə Tbilisidə heykəl qoysun” arzusunda olanlar da vardı. Mənsə çıxışımda bu adamın yalançı və karyerist olduğunu, neçə illərdir Azərbaycanın prezidentinə eybəcər təriflər deməklə, “Qərb ölkələrində və ABŞ-da guya, onun imicini yuxarı qaldırmaqla məşğuldur vədlərini verməklə Azərbaycanı həm Gürcüstan, həm də öz cibi üçün soyur” demişdim. İndi də əminəm ki, Azərbaycan rəhbərliyinə “sən desən inanmazlar, mən Milli Şuranın  Rusiyanın proyekti olduğunu desəm Qərb inanacaq” fırıldağı ilə hakimiyyətdən xeyli pul qoparmaqla bu sayıqlamalarını edib və çox ehtimal yenə edəcək. Saakaşvili çox çirkin siyasət aparan adamdır, o xaraktercə Jirinovskinin ingilis dilində danışan variantıdır”-deyə R.Quliyev Gürcüstan prezidentinə sərt cavab verib.

Qeyd edək ki, M.Saakaşvili Azərbaycan müxalifətinin birləşdiyi Milli Şuranın Tiflisdə keçirdiyi görüşə münasibət bildirərkən həmin qüvvələri Rusiyaya işləməkdə ittiham edib.

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı