Modern.az

Milli Şura təcili toplantı çağırdı

Milli Şura təcili toplantı çağırdı

Ölkə

5 Avqust 2013, 12:02

Eldar Namazov Avropa səfərindən Bakıya qayıtdıqdan sonra Demokratik Qüvvələrin Milli Şurası növbəti iclasını çağırıb. Milli Şura üzvü Eldəniz Quliyevin Modern.az-a verdiyi açıqlamaya görə, sessiyanın bu həftə - avqustun 10-da keçirilməsi planlaşdırılır.

E.Quliyevin sözlərinə görə, hələlik sessiyanın gündəliyi və keçiriləcəyi yer müəyən edilməyib.

“Bu həftə Milli Şuranın növbəti sessiyası olacaq. Təxminən ayın 10-a nəzərdə tutulub sessiya. Gündəlik müzakirə olunmalıdır, dəqiqləşdirilməlidir. İşlərimiz çoxdur. Xüsusən də seçkinin vaxtının qabağa çəkilməsi, seçki komissiyalarının işi və s. ətrafında müzakirələrimiz olacaq. Hələlik sessiyanın harada keçiriləcəyi yer dəqiqləşdirilməyib”-deyə Milli Şura üzvü vurğulayıb.

Qeyd edək ki, Milli Şuranın sonuncu toplantısı ilk dəfə olaraq sədr Rüstəm İbrahimbəyovun iştirakı ilə ötən həftə Tiflisdə keçirilib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı