Modern.az

Əli Əhmədov "bulanıq göz" fikri formalaşdırır - NİYƏ?

Əli Əhmədov "bulanıq göz" fikri formalaşdırır - NİYƏ?

Ölkə

7 Avqust 2013, 14:09

 

Hər birimizin içində insanları tanımaq kimi bir bacarıq var. Lakin bir çox şeylər kimi bu üstünlüyümüzü də unutmuşuq, qeyri-işlək vəziyyətə gətirmişik. İnsan dünyanı yalnız məntiq gücü ilə qavramır. Hələ qədim dövrlərdən etibarən istər Şərqdə, istərsə də Qərbdə fəlsəfə rasional və irrasional düşüncələrə ayrıldı... Lakin bütün yollar bir mənzilə çıxdı... Dünyanı, bəşəri, bəşər övladını anlamaq üçün hər iki düşüncə tərzi vacibdir, bunları ayırmaq olmaz. Müasir çağda da təhsilin daha çox zehni düşüncə əsasında qurulması insanları hislərdən uzaqlaşdıraraq məntiq gücünə birtərəfli inkişaf etdirir. Nəticədə insan hiss etdiyi duyğularını anlamamağa, eşitməməyə vərdiş etmiş oldu. Ancaq bunun fərqinə varanlar da oldu. Uzaqlaşdığımız bacarıqları elmə gətirənlər, bir də məntiqlə əlaqələndirməyə çalışanlar oldu. Bilib unutduqlarımızı bizə öyrətməyə başladılar. Bir şeyi də unutmayaq ki, bütün sualların cavabı içimizdə olduğu kimi, bütün biliklər də bizdə var. Yetər ki, düşünək, kim olduğumuzu, nəyə qadir olduğumuzu anlayaq.

Siyasiləri üz kodlarına (Fizioqnomika) əsasən tanımağa və tanıtmağa davam edirik. Modern.az saytı “Fotoların dili ilə” layihəsində NLP master Babək Bayramovla birlikdə bu dəfə hakim Yeni Azərpaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədovun üz kodlarına əsasən xarakterini təqdim edir.

Hər dəfə xatırlatdığımız kimi, bu layihədə subyektiv fikir və mülahizələrdən uzaq olaraq istədiyimizi deyil, görünənin (insan simasının) görünməyən tərəflərini elmi təsdiqini tapmış qəliblər əsasında izah edirik.  

Bununla hamının haqqında danışdığı və bəlkə də tanımadığı şəxslərə başqa rakursdan baxmış oluruq.

 

ARAYIŞ: Əhmədov Əli Cavad oğlu 27 yanvar, 1953-cü ildə Ermənistan SSR-də Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında icra katibi seçilib. Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibidir. Milli Məclisinin deputatıdır. Fəlsəfə elmləri namizədi, dosent olan Ə.Əhmədov eyni zamanda BDU-nun politologiya və sosiologiya kafedrasının müdiridir..

Baş - Azacıq sağa və ya sola əyilmiş baş - müşahidə qabiliyyəti güclü, gözü açıq, lağlağı və əksər hallarda isə özünəməxsus bir xasiyyəti ifadə edir.

Alın - Yandan baxdıqda cənab Əhmədovun dördbucaq alına malik olduğunu görürük, bu isə öz sahibinin təvazökarlıq xüsusiyyətini ortaya çıxarır. Geniş və künclü qabarıq alın, qüvvətli xəyal gücündən xəbər verir. Eninə, paralel və bilinən alın qırışları isə, başqa bir xarakteri - ədalətliliyi büruzə verir.

Qaşlar - Qaşlar qövsvaridir. Kirpiklər uzun və seyrəkdir. Bunlar- qorxmaz, başqalarının meyllərinə dərindən nüfuz edə bilən, bəsirətli, pulla satın alınmayan və ciddi, hətta qəddarlığa əl atacaq qədər ədalətli tiplərdir.

Göz - Göz bəbəyi sanki işığa duyarsız kimi görünür və "bulanıq göz" fikri formalaşdırır.

Qulaqlar - Ucları dik olan qulaqlar - öz sahibinin ağıllı və balansı gözləyən bir fərdiyyət tipinin olması barədə məlumat verir.

Burun - Burnun ağıza doğru meyli, düzlüyü və enliliyi – həssaslığı, sakit xarakteri və fiziki çevikliyi göstərən nişanlardır.

Ağız - Xətləri bilinən və orta qalınlıqlı dodaqlar – təmiz ürəkli, səmimi, şən və əsasən pis vərdişlərdən çox, yaxşı vərdişlərə meylli olan tiplərdir.

Çənə - İrəli çıxmış çənə enerjili və iradə gücü yüksək, sərbəst, nəcib, dürüst, inadkar və sərt xarakterin nişanəsidir.


Qeyd: Şəxsin üz forması və cizgilərinin xarakterlə əlaqəsi barədə qeyd olunanlar “Fizioqnomika” testinə əsasən çıxan nəticələrdir. Rəsmi dairələrdə əsas kimi istifadə edilə bilməz. 

 

Elçin MURAD

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı