Modern.az

Bakıda uşaqların vaxtından əvvəl I sinfə qəbulu başlayıb

Bakıda uşaqların vaxtından əvvəl I sinfə qəbulu başlayıb

Ölkə

7 Avqust 2013, 15:19


Təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 № - li əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 224 nömrəli əmr imzalayıb.

Əmrə əsasən, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nı təmin etmək məqsədilə valideynlərin ərizələri 20 iyul 2013 – cü il tarixindən başlayaraq 20 avqust 2013 – cü il tarixinədək qəbul ediləcək. Vətəndaşlar Təhsil İdarəsinə (Ünvan: X.Şuşinski, 17, tel: 441- 06 - 99) ərizə ilə yanaşı, uşağın doğum haqqında şəhadətnaməsinin əslini və surətini, 3x4 sm ölçüdə 1 ədəd şəklini təqdim etməlidirlər.

”Ərizələrin qəbulu istirahət və bayram günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00–dək davam edir”-deyə idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqəzə bildirib.
 
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilib.

Z.Əliqızı deyib ki, Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün komissiyalar yaradılıb. Komissiyaların işi 5 avqust 2013–cü il tarixindən Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə (Ünvan: M.Qasımov, 6, tel: 440 – 60 - 81) təşkil olunub. Hazırda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 6 komissiya fəaliyyət göstərir. Hər bir komissiya ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət olmaqla 5 nəfərdən təşkil edilib.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün keçirilən müsahibə saat 9:00 – dan 18:00 – dək davam edir. Təhsil Nazirliyinin təsdiq etdiyi Qaydalara uyğun olaraq uşaqla tədris alacağı dildə 15 - 20 dəqiqə ərzində müsahibə aparılacaq. Zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün uşaqlara 4 sual veriləcək. Hər bir suala cavabın 5 ballıq şkala üzrə qiymətləndirilməsi nəzərdə tutulur. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.
Müsahibə sentyabrın 10–da başa çatacaq.

A.Qorxmaz  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!