Modern.az

Qarabağ Azadlıq Təşkilatından ÇAĞIRIŞ: “Tezliklə müharibə başlamalıdır!”

Qarabağ Azadlıq Təşkilatından ÇAĞIRIŞ: “Tezliklə müharibə başlamalıdır!”

Ölkə

7 Avqust 2013, 18:02

Qarabağ Azadlıq Təşkilatı (QAT) hakimiyətə müharibə çağırışı edib. QAT sədri Akif Nağı Modern.az saytına açıqlamasında deyib ki, Dağlıq Qarabağ bölgəsinin düşmən işğalından azad edilməsi üçün seçkilərə qədər Ordunu döyüş hazırlığına gətirmək və müharibəni başlamaq lazımdır.

A.Nağının sözlərinə görə, Qarabağ azad edilmədən seçkilərin keçirilməsi doğru deyil:

“Biz hesab edirik ki, siyasi qüvvələr, hakimiyyət prezident seçkilərinə qədər Qarabağ məsələsini həll eləməlidir. Müharibə başlamalıdır. Əgər müharibə başlamırsa, seçkilərə getməyə mənəvi haqları yoxdur. Bu məsələyə Azərbaycan siyasətində iddialı olan bütün siyasi partiyalar qarışmalıdır. Seçkilərə qədər ən qısa vaxta hərbi əməliyyatlar başlamalıdır”-deyə QAT sədri hakim siyasi qüvvədən müharibə tələb edib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı