Modern.az

Rəsulzadənin, Elçibəyin xatirə muzeyləri yaradılacaq-DEPUTAT YAZIR

Rəsulzadənin, Elçibəyin xatirə muzeyləri yaradılacaq-DEPUTAT YAZIR

Ölkə

17 Avqust 2013, 09:53

Gürcüstanda Tiflis Hava Limanına keçmiş prezident Zviad Qamsaxurdiyanın adını verəcəklər. Bu Gürcüstan adlanan dövlətdə həsəd aparılacaq siyasi mədəniyyət nümunələrindən biridir.
Bizdə, yəni Azərbaycanda da inşallah xeyli yeniliklər olacaq. Bu yeniliklərin bəzilərini sadalayıram:
-Binəqədi rayonunda inşa edilən məscid kompleksinə, hərbi məktəblərdən birinə, böyük prospektlərdən birinə millətimizin və dövlətimizin xilaskarı Nuri Paşanın adı veriləcək.
-Məmmədəmin Rəsulzadənin, Əbülfəz Elçibəyin xatirə muzeyləri yaradılacaq.
-Ölkədəki Beynəlxalq Hava Limanlarından birinə, Bakıdakı prospektlərdən birinə milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin adı veriləcək.
-Elmi-tədqiqat institutlarının birinə böyük ziyalı-alimimiz Xudu Məmmədovun adı veriləcək.
-Hərbi məktəblərin birinə qəhrəman sərkərdəmiz Feyzulla bəy Qacarın adı veriləcək.
Gürcülər tarixlə barışaraq yeni bir siyasi mədəniyət səhifəsi açdılar. İnanmaq istəyirəm ki, gec də olsa, bizlər də siyasi mədəniyyətin nə olduğunu düşündüyümüz zaman tarixlə savaşı dayandırıb mütləq bu addımları atacağıq...

Fazil Mustafa

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı