Modern.az

Milli Şura ehtiyat vahid namizəd irəli sürdü - YENİLƏNİB

Milli Şura ehtiyat vahid namizəd irəli sürdü - YENİLƏNİB

Ölkə

19 Avqust 2013, 21:30

Avqustun 19-da Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilib. Modern.az-ın məlumatına görə, gərgin məqamlarla müşayiət olunan qapalı sessiyada müzakirələr 6 saastadək davam edib.

Nəhayət sonda president seçkilərinə ehtiyat namizədlə gedib-getməmək məsələsi səsə qoyulub. Səsvermənin nəticələrinə görə, sessiyada iştirak edənlərin 43 nəfəri ehtiyat namizəd variantının lehinə, 42 nəfəri isə əleyhinə səs verib. Beləliklə, ehtiyat vahid namizədin seçilməsi barədə qərar qəbul olunub.

Vahid namizədin kimliyi Milli Şuranın növbəti sessiyasında müəyyənləşdiriləcək.

***

Musavat.com-un məlumatına görə, gərgin toplantıdan sonra keçirilən brifinqdə sessiya sədri, Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov bildirdi ki, MŞ-ın seçkidə iştirakını təmin etmək üçün iki ideya vardı: “Ya yeni vahid ehtiyat namizəd seçilsin, ya bir neçə namizədlə seçkiyə gedilsin. Hər iki variantın tənqid edənləri və tərəfdarı var idi. Sessiyada 4 saata yaxın davam edən müzakirələr sonda səsverməyə qoyuldu. Bir səs fərqlə yəni, 43-ün 42-yə olmaqla ehtiyat vahid namizəd variantı üstünlük qazandı. Yaxın günlərdə növbəti iclasda yekun qərar qəbul olunacaq. Bu ideyanı reallaşdırmaq üçün məsləhətləşmələr aparılacaq”.
 
E.Namazov söylədi ki, İbrahimbəyovu vahid namizəd kimi sona qədər müdafiə edəcəklər: “Rüstəm müəllim qarşısındakı hüquqi problemləri həll edənə  qədər ona dəstək verəcəyik. Ehtiyat namizəd o halda nəzərdə  tutulub ki, Rüstəm müəllimin hüquqi problemləri həll olunmasa bu yolu seçək”.
 
Brifinqdə  iştirak edən Müsavat başqanı İsa Qəmbər də jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, sentyabrın 4-ü son gündür: “Çox məhdud da olsa, bizim zamanımız var ki, vəziyyəti dəyərləndirək.  Bizim ehtiyat vahid namizədlə bağlı təklifimiz o zaman  nəzərə alınmadı. Amma indi zəruri olduğu qəbul edilir. Müsavat Partiyası ehtiyat vahid namizədin seçkidə qələbəsi üçün çalışacaq. Yeni namizədlə bağlı konkret neçə günə qərar veriləcəyini deyə bilmərik. Ancaq 1 ya 2 günlə dünya dağılmayacaq, yaxın günlərdə qərar qəbul ediləcək. İ.Qəmbər dedi ki, Müsavat Partiyası MŞ-nin vahid namizədini qəbul edib, indi də ehtiyat vahid namizədlə də razılaşır: “Əgər bu da alınmasa Müsavat ayrıca seçkidə iştirak edəcək".

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı