Modern.az

Rəsul Quliyevdən Milli Şura liderlərinə sərt MESAJ: “Papağınızı qarşınıza qoyun, yoxsa peşman olacaqsınız!”

Rəsul Quliyevdən Milli Şura liderlərinə sərt MESAJ: “Papağınızı qarşınıza qoyun, yoxsa peşman olacaqsınız!”

Ölkə

20 Avqust 2013, 09:56

Milli Məclisin eks-spikeri Rəsul Quliyev Milli Şuranın 19 avqust sessiyasında irəli sürülən ehtiyat namizəd qərarına qarşı çıxıb. Bu barədə Modern.az-a açıqlama verən sabiq parlament sədri eks-deputat Gültəkin Hacıbəylinin də namizədliyinin irəli sürülməsinin Milli Şura üçün faciə olduğunu deyib:

“Milli Şuranın 19 avqust tarixli iclası höküməti məqsədinə xeyli yaxınlaşdırdı. Milli Şurada alternativ namizədin axtarılmasını anlamaq çox çətindir. Bir neçə hörmətli alim, informasiya işçiləri, keçmişdə deputat təyin olunmuş kimlərinsə alternativ namizədlikləri barədə müzakirə açmaq faciədir.
Milli Şurada necə neytral ziyalı alternativ namizəd tapmaq olar, təsəvvür edə bilmirəm. Bu lap çinlilərin zərb-məsəlinə oxşadı: “Qaranlıq otaqda qara pişiyi tapmaq olmaz, xüsusilə əgər pişik orada yoxdursa”. Sözsüz ki, bu zərb-məsəlin konkret insanlara aid olmadığını bilirsiniz. Bunun mənası sadəcə olaraq olmayan şeydə mövcudluq axtarmaq əbəs işdir deməkdir.
Mən düşünürdüm ki, 19 avqustda Milli Şura mitinqin niyə belə zəif təşkil olunmasının səbəblərini araşdıracaq, başqa heç bir məsələ müzakirə olunmayacaq. “Hava çox isti idi, ona görə camaat az gəldi” və ya “hökümətdən qorxurlar” səbəbləri göstərilir”-deyə eks-spiker hiddələnib.

R.Quliyev həmçinin Milli Şurada yaranan kritik durumla əlaqədar müxalifət liderlərinə xəbərdarlıq edib.

“Milli Şuranın hər bir üzvü papağını qarşısına qoyub düşünsün, nə verdi 19 avqust müzakirəsi bu xalqa. Ümidsizlik, çaşqınlıq, apatiya, üz döndərmək, hökümətin ətəyindən tutmaq meyllərinin güclənməsi. Rüstəm İbrahimbəyov “kim istəyir namizədliyini versin” ideyasını ortaya atmışdı, nəyə görə vahid namizədə vahid alternativ ideyası ortaya çıxdı, belə bir alternativin olmadığını bilə bilə? Birinci Milli Şura işini belə qurduğuna görə cəmi 20 gün yaşadı. 100 il keçib, biz eyni səhvi təkrarlayırıq. Onda Nuru paşa var idi, Milli Şuraya özünü bağlaması barədə ultimatum verdi. Müstəqil Azərbaycanın yaradıcıları Fətəli xan Xoyski başda olmaqla cəmi 9-10 nəfər idi. Bu şəxslər Müstəqil Azərbaycanın deklarativ yox, bütün real dövlətçilik atributlarını yaratdılar.
Azərbaycanın taleyinin həll olunduğu bir vaxtda seyriçilik, heç kimin xətrinə dəyməmək mövqeyində dayana bilmərəm, bunları kimisə incitmək naminə demirəm. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı