Modern.az

Azərbaycanda ən yaşlı abituriyent 260 balla ADU-ya daxil olub

Azərbaycanda ən yaşlı abituriyent 260 balla ADU-ya daxil olub

Ölkə

20 Avqust 2013, 14:45

Builki qəbul imtahanlarında ən yaşlı abituriyentlərdən yalnız bir nəfər keçid balını toplayaraq ali məktəbə daxil olub. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, digər yaşlı abituriyentlər qəbul imtahanında yalnız 83 və 42 bal  toplayıblar.

Amma ən yaşlı abituriyentlər sırasında olan Şamilov Bəhruz Eyvaz oğlu 260 bal toplayıb. O, bu balla Azərbaycan Dillər Universitetinin ingilis dili və ədəbiyyatı bölməsinə daxil olub.

Qeyd edək ki, Bəhruz universitetdə ödənişli əsaslarla oxuyacaq.
Maraqlıdır ki, TQDK-dan ən yaşlı tələbənin neçə yaşı olduğunu açıqlamaq istəməyərək, bunun məxfi məlumat olduğunu bildiriblər.
Modern.az saytının araşdırmasından sonra isə məlum olub ki, Şamilov Bəhruz Eyvaz oğlu orta məktəbi 1975-ci ildə Gürcüstanda bitirib. Buradan da belə nəticəyə gəlmək olar ki, onun 55 yaşı var.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı