Modern.az

YAP-dan Fərhad Əliyevin seçki mesajına REAKSİYA gəldi

YAP-dan Fərhad Əliyevin seçki mesajına REAKSİYA gəldi

Ölkə

26 Avqust 2013, 15:41

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsdən göndərdiyi seçki mesajına reaksiya verib. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə həbsdə olan eks-nazirin prezident seçkilərində İlham Əliyevə səs verəcəyini bildirməsinə normal hal kimi baxdığını deyib.

Modern.az-a açıqlmasında YAP-çı deputat Fərhad Əliyevin bu addımının onun vətəndaşlıq seçimi olduğunu deyib:

“Hesab edirəm ki, bu sadəcə olaraq bir nəfərin mövqeyidir. Buna başqa qiymət vermək düzgün olmazdı. Əgər həbsdə olan Fərhad Əliyev qarşıdan gələn seçkilərlə bağlı öz mövqeyini bildirirsə, bu, onun seçimidir. Ümumiyyətlə isə hələ seçki təbliğatı başlamadan indidən bir çox insanlar öz seçimlərini edirlər. Milyonlarla insan İlham Əliyevi dəstəklədiyini bildirir. Fərhad Əliyevin də bu milyonlara qoşulması hesab edirəm ki, bir vətəndaş seçimidir”-deyə A.Mirzəzadə münasibət bildirib.

Qeyd edək ki, həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev vəkili vasitəsi ilə açıqlama yayıb. Məhkum nazir açıqlamasında qarşıdan gələn prezident seçkilərindən İlham Əliyevə səs verəcəyini bəyan edib.

“Bu gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident seçkisində Milli Şuranın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona  minnətdaram.
Bununla belə, Azərbaycan Respublikası prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram”-deyə F.Əliyev açıqlamasında bildirmişdi.

Anar RÜSTƏMOV

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı