
Yəhudi mətbuatı “The Jewish Daily Forward” Azərbaycanın Quba rayonunda yəhudilərin məskunlaşdığı Qırmızı qəsəbədən reportaj hazırlayıb. Tarix boyu yəhudilərin bu ərazidə məskunlaşmasına diqqət çəkən yazar hazırda yəhudilərin Qırmızı Qəsəbədən tədricən köçdüyünü iddia edib. Qəsəbədə müxtəlif adamları danışdıran yazar bildirib ki, buradakı yəhudilər yaxşı yaşamaq və qazanc əldə etmək üçün Bakı, Moskva və digər xarici ölkələrə gedirlər.
Yazıda qeyd edilir ki, Sovet imperiyası dağıldıqdan sonra, 1991-ci ildən yəhudilər Sovet ölkələrini tərk edir, lakin burada səbəb digər ölkələrdə olduğu kimi anti-semitizm deyil. Reportajda danışdırılan dağ yəhudilərindən biri bildirib ki, Azərbaycanda iş siyasəti rayon yerlərinə gəlib çatmayıb və insanlar qazanc əldə etmək üçün Bakı, Moskva və Təl-Əvivə gedirlər. “Sonra ola bilsin ki, onlar qayıdırlar”.