Modern.az

Təhsil naziri 6 şöbəni ləğv etdi, şöbə müdirləri vəzifələrini itirdilər - Rəsmi AÇIQLAMA

Təhsil naziri 6 şöbəni ləğv etdi, şöbə müdirləri vəzifələrini itirdilər - Rəsmi AÇIQLAMA

Ölkə

4 Sentyabr 2013, 16:23


Təhsil Nazirliyində müvafiq struktur dəyişiklikləri həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi və Ümumi şöbə ilə İctimaiyyətlə əlaqə şöbəsi birləşdirilib. Əvəzində Ümumi təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və İnformasiya şöbəsi yaradılıb.

Nazirin bu əmri nəticəsində adları çəkilən şöbələrin də müdirləri avtomatik olaraq vəzifədən azad olunublar. Onlardan kimin işdə qalıb, kimin qalmayacağına tezliklə aydınlıq gətiriləcək.

Hələlik məlum olan odur ki, ləğv edilən Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bir pillə aşağı vəzifəyə keçirilib. Belə ki, yeni yaradılan Elm, ali və orta ixtisas təhsili şöbəsinə Gültəkin Hüseynova müdir təyin olunub. İlham Mustafayev isə onun müavini işləyəcək.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı