Modern.az

Makedon Modern.az-a DANIŞDI: "Qoşanağara çalana da xalq artisti adı verirlər"

Makedon Modern.az-a DANIŞDI: "Qoşanağara çalana da xalq artisti adı verirlər"

Ölkə

11 Sentyabr 2013, 13:28

Məşhur “Bizim Cəbiş müəllim” filmindəki Makedon rolunun ifaçısı Aqil Ağacanovun mətbuatdan qaçmasının səbəbi məlum olub. O, Modern.az saytına eksklüziv açıqlamasında lazımınca qiymətləndirilməməyindən gileylənib:

“Azərbaycanda qoşanağara çalana “xalq artisti” adı verirlər. Səməd  Səmədov kimdir ki, “xalq artisti” adı alır? Amma mənim qiymətim verilmədi. Ona görə də jurnalistlərlə nə danışmaq istəyirəm, nə də görüşmək. Məni narahat etməsinlər. Elə Pirşağıda kababçı kimi qalmaq istəyirəm”.

Qeyd edək ki, A.Ağacanov 1949-cu ildə anadan olub.

Onun oynadığı Makedon rolu “Bizim Cəbiş müəllim” filmindəki maraqlı obrazlardan biridir. Aqil Ağacanovu filmə təsadüfən çəkirlər.
Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırır.
Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək. Belə də olur.

Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır. O, Pirşağıda kababçı Aqil kimi tanınır.  


İntiqam Valehoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı