Modern.az

Ucaboy, enlikürək, ortaboy - Hansı namizədin boyu ilə xarakteri arasında əlaqə var? - MARAQLI

Ucaboy, enlikürək, ortaboy - Hansı namizədin boyu ilə xarakteri arasında əlaqə var? - MARAQLI

Ölkə

16 Sentyabr 2013, 10:46

İnsanlar bəzən kimlərinsə xarici görünüşünə, onun boyuna önəm verir. Ümumiyyətlə xarici görkəm bir növ bu siyasətdə liderlik xüsusiyyətlərini də özündə ehtiva edir desək, yanılmarıq. Düzdür, siyasətdə ağıl, məntiq, dünyagörüşü əsas aparıcı xətdir. Elə dünya proletariatının əsas siması Leninin xarici görkəmi də gözəgəlimli olmayıb və boyu da uca deyildi. Onun ideyaları, siyasi baxışları isə uzun müddət dünya tarixinin əsas mövzusuna çevrildi (Elə indi də).

Ancaq daxili aləmdə özünə yer tapmış məntiq və ağılla zahiri görkəm vəhdət təşkil edəndə siyasi liderlər daha xarizmatik və kütləni cəlbetmə bacarığına malik olur. Bir növ cəmiyyət onun batini dəryasını unudur, xarici görünüşünü ön plana çəkir. Xarici görkəmin cəlbedici funksiyalarında boyun da rolu danılmazdır.

Bu mənada Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınmış 10 siyasətçinin də boyu ölkə ictimaiyyəti üçün maraqlı olardı.

Modern.az saytı maraq dairəsini nəzərə alıb, namizədlərin boyu haqqında rəsmilikdən uzaq bir araşdırma aparıb.

YAP sədri, prezident İlham Əliyevin boyu 1.90 sm-dən çoxdur. Bu barədə “Azadlıq” radiosunun Belarus xidmətinin əməkdaşları müxtəlif keçmiş sovet respublikaları ölkələrinin liderlərinin boyları haqqında araşdırma apararkən məlumat yaymışdılar.

Əldə etdiyimiz məlumata görə və özümüzün də şəxsi müşahidələrimizə əsasən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquluyevin boyu təxminən 1.90 sm-dir.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin boy ölçüsü 1.86 sm-dir. İqbal bəyi də ucaboylar kateqoriyasına aid etmək olar.

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov namizədlər arasında boyunun ölçüsünə görə sonrakı yeri tutur. 75 yaşlı İlyas müəllimin boyu 1.83 sm-dir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun isə boyu 1.78 sm-dir. Bu haqda onun özü məlumat verib.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürmüş millət vəkili Zahid Oruc boyu ilə barabər, çəkisi haqqında da bizi bilgiləndirib. “Boyum 1.75 sm-dir. Çəkim isə 65 kq-dır. Amma mən o zaman hələ Bərdə seçki dairəsində siyasi mübarizəyə qoşularkən bir söz söyləmişdim ki, çalışıb siyasi çəkimizi artırmalıyıq. Görək necə olacaq”-deyə Z.Oruc qeyd edib.

ASDP sədri Araz Əlizadə deyəsən ancaq rəsmi sualları ciddi cavablar verir. Bu sualımızı isə gülüşlə cavablandırmaqla boyunun 1.74 sm olduğunu bildirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin də boyu elə Araz Əlizadə ilə eynidir. (1.74 sm).

Milli Dirçəliş Hərəkatı partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə bizə elə yuxarıdakı boy məsələsi ilə bağlı arqumentlərimizi gücləndirən bir açıqlama verdi.
“Dünyada aparıcı siyasətçilərin boyu uzun olmayıb. Əmir Teymur, Lenin və digərlərinin. Mənim də boyum 1.69 sm-dir”. F.Quliyev sən demə müavinlərinin də boyu təxminən elə eyni ölçüdədir. “Bizdə standartdır”-deyə millət vəkili zarafatla cavab verib.
Fərəc Quliyev düz deyir ki, siyasətdə ağıl əsasdır,  boy yox!

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin silahdaşları deyiblər ki, professorun boyu təxminən 1.65 sm-dir.

Bu yazıda boy məsələsini qabartmaqla hansısa namizədin təbliğatını aparmaq fikrimiz yoxdur. Yenə də vurğulayırıq ki, siyasətdə əsas ağıldır.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı