Modern.az

Mikayıl Mirzənin oğlu Çin səfirliyinə müşavir göndərildi

Mikayıl Mirzənin oğlu Çin səfirliyinə müşavir göndərildi

Ölkə

18 Sentyabr 2013, 09:01

Mərhum xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu Mətin Mirzə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yeni vəzifəyə təyin olunub. Modern.az saytının xəbərinə görə, indiyədək XİN-də çalışan Mətin Mirzə Azərbaycanın Çindəki səfirliyinə müşavir vəzifəsinə göndərilib. Məlumatı M.Mirzənin özü də təsdiqləyib.

Xatırladaq ki, 2000-ci illərin əvvələrində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə KİV-lə uğurlu əlaqlər yarada bilən şəxs kimi yaddaşlarda qalıb. O zaman jurnalist təşkilatlarının keçirdiyi sorğular nəticəsində XİN bir neçə dəfə “KİV-lə açıq nazirlik” nominasiyasında qalib də olub. O, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə görəvini başa vurub Vətənə qayıtdıqdan sonra bu günlərədək Xarici İşlər Nazirliyinin müvafiq idarəsində fəaliyyətini davam etdirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı