Modern.az

Prezidentliyə namizədin “ailə sirləri”

Prezidentliyə namizədin “ailə sirləri”

Ölkə

26 Sentyabr 2013, 12:38


Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır. 
Modern.az saytı prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandırmağa çalışır.

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə namizəd şəxslərdən biri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevdir.

Fərəc Quliyev 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, AXC sədri Əbülfəz Elçibəyin 1-ci müavini olub.
1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, Demokratik Blokun üzvü olub. Parlamentdə "müstəqillik aktı"nın həmmüəlliflərindəndir. Əlavə hüquq təhsili alıb. Sambo üzrə idman ustasıdır.

Ailəlidir, 3 övladı var.

Fərəc Quliyevin həyat yoldaşı evdar qadındır. Mühəfizakar ailə başçısı olduğunu vurğulayan  Fərəc Quliyev şəxsi həyatı barədə danışmaqdan imtina edib. O, hətta xanımının adını belə, açıqlamağı istəməyib. Bunu isə belə əalqəndirib: “Mən ailəmi siyasətə qatmaq istəmirəm”.

Fərəc Quliyevin böyük oğlu Mətin Quliyev Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib, ailəlidir, iki oğul atasıdır. Fövqəladə Hallar Nazirliyində leytenantdır.

Ailənin ortancıl oğlu Nikbin Quliyev Şimali Kipr Türk Cümhuriyyətində cərrahdır və hal-hazırda orada işləyir.

Kiçik oğul Türkel Quliyev Bədən Tərbiyə və İdman Akademiyasını bitirib, ehtiyatda olan zabitdir, heç bir yerdə işləmir.


Fərəc Quliyevin böyük oğlu Mətin Quliyev


Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı