Modern.az

Polad Bülbüloğlu erməni saytına müsahibə verib: “Bizə bizdən başqa heç kim kömək etməyəcək”

Polad Bülbüloğlu erməni saytına müsahibə verib: “Bizə bizdən başqa heç kim kömək etməyəcək”

Ölkə

27 Sentyabr 2013, 09:09


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbülöglu news.am erməni saytına müsahibə verib.

Musavat.com-un məlumatına görə, müsahibə 13-16 sentyabr tarixində MDB ölkələrinin elmi və yaradıcı ziyalılarının Minskdə keçirilən 8-ci forumu çərçivəsində baş tutub.

Səfir iki ölkənin ictimaiyyət nümayəndələrinin təmas nöqtələri axtarmağa davam etməsini vacib sayıb. O təəssüflə bildirib ki, Azərbaycan və Ermənistan ziyalıları səviyyəsində qarşılıqlı əlverişli atmosferin yaradılması yönündə səylərin davamı gəlməyib. “Biz Azərbaycan tərəfi olaraq buna hazırıq. Hərçənd bizim ölkələr və xalqlar arasında çoxlu problemlər yığılıb, danışıqlar stolu arxasında əyləşməkdən savayı yolumuz yoxdur. Dünyaya baxmaq lazımdır. Bizə bizdən başqa heç kim kömək etməyəcək. Əfsus ki, vaxt bizim əleyhimizə işləyir. Sirr deyil ki, sizin də, bizim də mətbuatda düşmən obrazı təbliğ edilir. Buna imkan vermək olmaz. Bununla biz gələcək nəsillərdə partlayacaq minaların əsasını qoyuruq” - Bülbüloglu belə deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı