Modern.az

“Rusiya Qarabağı qaytarsa Azərbaycan Gömrük İttifaqına üzv ola bilər”- ŞƏRH

“Rusiya Qarabağı qaytarsa Azərbaycan Gömrük İttifaqına üzv ola bilər”- ŞƏRH

Ölkə

2 Oktyabr 2013, 12:37


Azərbaycanın Rusiyanın yeni SSRİ modeli kimi ortaya atdığı Avrasiya İttifaqına qoşulmaqdan vaz keçməsi rəsmi Moskvanın siyasi maraqlarına zərbə vurdu. Azərbaycan rəsmiləri isə dəfələrlə bəyan edib ki, yalnız suverenlik çərçivəsində dövlətimiz Avrasiya və Gömrük İttifaqına üzv ola bilər. Belə olan məqamda isə Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlük məsələsi də gündəmə gəlib. Digər tərəfdən, rəsmi Bakı 2014-cü ilə qədər Gömrük İttifaqına da qoşulmaq barədə qərarını açıqlamalıdır. Azərbaycan Gömrük İttifaqına daxil ola bilərmi?

Mövzunu Modern.az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Gömrük İttifaqı ilə yanaşı Avropa Birliyi ilə də assosiativ üzvlüyü də imzalamağa çalışmır. “Bununla da Azərbaycan neytral siyasət yürüdür. Ancaq bu arada Rusiyanın Azərbaycana təzyiqləri də artır. Ermənistandan fərqli olaraq Ukrayna da təzyiqlərə davam gətirir”-deyən siyasi analitikin sözlərinə görə Azərbaycan hakimiyyətinin Gömrük İttifaqı məsələsində mövqeyi dəyişilməyəcək.

Politoloq bildirib ki, Azərbaycan yalnız bir istək əsasında Gİ-yə daxil ola bilər. “Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirsə, işğal altındakı torpaqların boşaldılmasında rol oynasa, Azərbaycan da Gömrük İttifaqına üzv ola bilər. Qarabağ konfliktinin çözümündə Rusiya müsbət addımlar atmasa, Azərbaycan da Kremlin yaratdığı birliyə qoşulmayacaq. Mən inanmıram ki, Bakı bu şərtlər daxilində Gömrük İttifaqına yaşıl işıq yandırar”-deyə siyasi təhlilçi qeyd edib.

Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlük məsələsini də şərh edən E. Şahinoğlu vurğulayıb ki, bu sazişin imzalanması Bakının xeyrinə işləyə bilər. “Ancaq çox təəssüf ki, Azərbaycan hakimiyyəti çox fərqli siyasət yürüdür. Hələ ki, Azərbaycan Avropa Birliyi ilə  assosiativ anlaşma imzalamağa tələsmir. Bunun əvəzinə ola bilər ki, vizaların sadələşdirilməsi ilə bağlı Azərbaycan Avropa Birliyi ilə razılıq əldə edə bilər”.

Siyasi şərhçinin fikrincə, Azərbaycanın gələcəyi, siyasi perspektivi bütün hallarda Aİ-lə inteqrasiyadan keçir. O söyləyib ki, Azərbaycanın yaxın müttəfiqləri olan Gürcüstan, Ukrayna, Moldova Aİ-lə adıçəkilən saziş imzalasa, rəsmi Bakının da belə addım atacağı qaçılmaz olacaq.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı