Modern.az

Namizədliklərini İlham Əliyevin xeyrinə geri götürəcəklərini gözləyirdim...

Namizədliklərini İlham Əliyevin xeyrinə geri götürəcəklərini gözləyirdim...

Ölkə

10 Oktyabr 2013, 18:05

İlham Əliyev prezident seçkilərində qələbə qazanıb. Burda qeyri-adi bir şey yoxdur. Səs veriblər, ona görə qələbə çalıb. Yoxsa buna şübhəniz var? Pəncərədən küçəyə boylanıram. Sakitçilikdir. Nə “mustafa” qışqıran var, nə də “azadlıq”.  Nə daş atan var, nə də qumbara. Deməli hər şey qaydasındadır. Azərbaycan mentalitetində bunlar baş verməyibsə, deməli axır ki, nəyəsə, qəzet dilində desək, demokratiyaya nail olmuşuq. Xarici ölkələrin dövlət başçılarından da təbriklər gəlməkdə davam edir. Bu da bir təsdiq. “Exzit-pol”un beşi birdən “İlham Əliyev” hayqırır. Bu da bir sübut. Namizədlər də bir-bir İlham Əliyevi təbrik edirlər.


Əslində onlardan təbrik yox, seçkilərə bir neçə gün qalmış namizədliklərini İlham Əliyevin xeyrinə geri götürəcəklərini gözləyirdim. Bu addımı atmadılar. Öz işləridir. Orta məktəbdə , institutda neçə qiymət alıblar bilmirəm... Amma xalqın qarşısında verdikləri imtahanda Cəmil Həsənli bicə dənə “5”, İqbal Ağazadə “2+”, Qüdrət Həsənquluyev  “2”, Zahid Oruc “1+” aldılar ... o birilərin deməyə utanıram. Bu idimi  elektoratınız?

İlham Əliyev isə düz 17 dənə “5“ aldı: Siyasətdən, iqtisadiyyatdan, mədəniyyətdən, psixologiyadan, sosiologiyadan, inşaat-mühəndislikdən, informatikadan, astronomiyadan, təhsildən, səhiyyədən, dövlət idarəçiliyindən, partiya rəhbərliyindən, turizmdən, gənclər siyasətindən, maliyyə-kredit siyasətindən, nəhayət ailə başçılığından.

Həmişə seçkilərdən sonra atam şair Qabil, sonralar isə mən xalq şairi Qabilin ailəsi adından İlham Əliyevi prezident seçilməyi münasibətilə təbrik etmişik. Təbrikimizə cavab da almışıq. Rəsmi prezident blankında. Amma bu dəfə bunu açıqça, teleqram şəklində yox, açıq həyata keçirmək istədim.

Təqribən bir ay bundan qabaq bir yazı yazmışdım. Adın da “Çünki Heydər Əliyevin oğludur ” qoymuşdum. Artıq bu gündən inamla demək olar ki, İlham Əliyev bu mərhələni başa vurdu. İndi “HEYDƏR ƏLİYEV İLHAM ƏLİYEVİN ATASIDIR” fikrini inamla demək olar. Bu sözləri deməyə isə cəmi on il bəs etdi. HEYDƏR ƏLİYEVİN OĞLUNDAN İLHAM ƏLİYEVİN ATASINADƏK olan 10 il.

Prezidentliyiniz mübarək!

Xalq şairi Qabilin ailəsi adından MAHİR QABİLOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı