Xəbər verdiyimiz kimi, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev ölkə başçısının dünən imzaladığı əfv sərəncamı ilə uzun müddətdir saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
2005-ci ildə həbs edilən R.Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Modern.az saytı xəbər verir ki, əfv sərəncamı ilə azadlığa çıxan Rafiq Əliyev həbsdə olduğu müddətdə də “Bank of Baku”nun səhmdarlarından biri olaraq alırmış. Onun adı bu gün də bankın səhmdarları siyahısında yer alır. Belə ki, Rafiq Əliyev “Bank of Baku”nun nizamnamə kapitalının 11,22%-nə sahibdir.
Rafiz Əliyev qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birgə 2005-ci ildə həbs olunmuşdu. O zaman o “Azpetrol” Şirkətlər Qrupunun rəhbərliyindən kənarlaşdırlsa da, elə “Azpetrol”un da səhmdarı olan “Bank of Baku”dakı payını saxlayırmış.

A.Qorxmaz