Modern.az

Azərbaycandakı “vunderkind” şagirdlər - onların statistikası aparılmır

Azərbaycandakı “vunderkind” şagirdlər - onların statistikası aparılmır

Ölkə

18 Oktyabr 2013, 15:47

“Azərbaycanda “vunderkind” şagirdlər sayca elə də çox deyil və bu təbiidir”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. Qeyd edilib ki, həm Bakı şəhərinin, həm də digər rayon və şəhərlərin ümumtəhsil məktəblərində xüsusi istedadı ilə seçilən uşaqlar var, lakin “vunderkind”lər sayca elə də çox olmur.

“Buna görə də Azərbaycan məktəblərində olduğu sinifdən sonrakı siniflərin dərsliklərini bilən şagirdlərin sinifdən sinfə adlaması ilə bağlı qaydalar mövcud deyil. 10 il ərzində dərslərini yaxşı bilən bir neçə şagirdin sinfi adlaması halı olub. Amma bu, yalnız onların Təhsil Nazirliyinə müraciət etməsi və bununla bağlı xüsusi komissiya yaradılmasından sonra olur. Komissiyada şagirdin biliyi qiymətləndirilir və nazirin əmri ilə onun sinfi adlamasına icazə verilir”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, xüsusi istedadlı şagirdlərin sinfi adlamasına icazə verilərkən onun fizioloji imkanları da nəzərə alınmalıdır.
“4515 məktəbin 300-də xüsusi istedadlı şagird varsa, onlar yaşıdları ilə bərabər oxuyurlar. Eyni zamanda şagirdin biliyi ilə yanaşı, onun fizioloji göstəriciləri nəzərə alınmalıdır. Çox nadir hallarda şagird 2-3 sinif adlayarkən onun fizioloji imkanları həmin sinifdə oxuyanlarla eyni olur. Əks halda, fizioloji imkanlar uyğun gəlməyəndə şagirddə problemlər yaranır, yaddaş pozğunluğu olur. “Vunderkind” şagirdlər isə olduqca azdır və bunların ölkə üzrə statistikası aparılır ya aparılmır, bilmirik”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı