Prezident İlham Əliyev oktyabrın 22-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama görə, müdafiə naziri Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tutduqları postdan azad ediliblər.
Modern.az saytı hər iki eks-nazirin indiyək keçdiyi yolu xatırladır.
1980-cı ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.
Səfər Axundbala oğlu Əbiyev 1950-ci ildə Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub. 1971-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq məktəbini bitirib. 1982-ci ildə Moskva şəhərində M.V.Frunze adına Hərbi Akademiyanı bitirib.
1971-1972-ci illərdə taqım komandiri, 1972-1975-ci illərdə bölük komandiri, 1975-1977-ci illərdə taborun qərargah rəisi olub.
1977-1979-cu illərdə Almaniyadakı Sovet Qoşunları Qrupunda tabor komandiri, 1982-1984-cü illərdə Zabaykal hərbi dairəsində alayın qərargah rəisi, 1984-1987-ci illərdə Zabaykal hərbi dairəsində birləşmə komandiri, 1987-1989-cu illərdə Zaqafqaziya hərbi dairəsində hərbi hissə komandiri, 1989-1992-ci illərdə Zaqafqaziya hərbi dairəsində birləşmə komandiri vəzifələrini titib.
S.Əbiyev 1992-1993-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, 1994-cü ildə döyüş əməliyyatları üzrə Azərbaycan Respublikası müdafiə nazirinin müavini olub.
General polkovnik Səfər Əbiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikasının müdafiə naziri idi.
***
Fizuli Həsən oğlu Ələkbərov 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa şəhərində anadan olub.
Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Az. LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə «Sputnik» Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.
1992-2006-cı illərdə «İmproteks» Şirkətlər Qrupunun prezidenti olub.
2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub.
1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir.
1993-cü ildən YAP-nın üzvüdür.
Rus, türk və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, dörd övladı var.
Prezident İlham Əliyevin 07 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
bu gün- 22 oktyabr 2013-cü il tarixində vəzifədən uzaqlaşdırılıb.
Modern.az