Modern.az

Azərbaycandakı təhsilhaqqı Rusiyadakını kölgədə qoyur - MÜQAYİSƏ

Azərbaycandakı təhsilhaqqı Rusiyadakını kölgədə qoyur - MÜQAYİSƏ

Ölkə

25 Oktyabr 2013, 12:31

Təhsil həyatımızda önəmli yer tutur. Savadlı olmaq, yaxşı təhsil almaq vacibdi. Azərbaycanda təhsil haqlarının ilbəil artması təhsil almaq arzusunda olan gəncləri narahat edən problemlər sırasına daxildir. Son illər Azərbaycandakı dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının artdığı müşahidə olunur.

Modern.az saytı Azərbaycandakı ali məktəblərin təhsil haqları ilə xaricdəki təhsil haqlarının müqayisəsini aparmağa çalışıb. Götürək bizə yaxın olan qonşu Rusiyani. Rusiyada da təhsil alan kifayət sayda azərbaycanlı gənclər var. Onlardan aldıgımız məlumata gorə, Rusiyada təhsilhaqqı Azərbaycandan demək olar ki,  2 dəfə aşağıdı. Təbii ki, qiymət fakültələrə görə dəyişir.
Rusiyada ən öndə gedən təhsil ocağı Moskva Dövlət Universitetidir. Buradakı  təhsilhaqqı belə, Azərbaycandakı qədər yüksək deyil. Məsələn, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində illik təhsilhaqqı 64 min rubldur (1700 manat). Hüquq fakültəsində ödənişli təhsil alanlar 78 min rubl (2100 manat), Tarixdə oxuyanlar 55 min rubl (1200 manat), iqtisadiyyat ixtisası üzrə təhsil alanlar 57 min rubl (1400 manat) ödəyirlər. Bu qiymətlər neçə illərdir Moskvada stabil olaraq qalır. Moskvada bütün universitetlərdə təhsilhaqqı bu qiymətlər arasında dəyişir.Yalniz Seçenov adına Tibb Universitetində təhsilhaqqı illik 150 min rubl (5200 manat) təşkil edir.

Azərbaycandakı universitetlərin təhsil haqqı isə 3000-3500, hətta 5000 manata qədərdir.
BDU-nun Jurnalistika fakültəsində ödənişli təhsil alanlar 2500 manat pul ödəyir. Odlar Yurdu Universitetinin Hüquq fakültəsində isə təhsil almaq 3000 manatadır.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, Azərbaycanda hər 2-3 ildən bir heç bir əsas göstərilmədən təhsilhaqqı artırılır. Onun sözlərinə görə, bu addım izah olunmalıdır ki, niyə təhsilhaqları yüksəlir.

”Moskva Dövlət Universiteti dünya reytinqlərində ilk “yüzlükdə” yer alan ali məktəbdir, amma  Azərbaycanın təhsil müəssisələri 5000-6000-ci yerlərdə qərarlaşır. Onlarla bizim universitetlərimiz arasındakı fərqi görürsünüzmü. Əslində təhsil haqları ali məktəbin akreditasiyası zamanı müəyyənləşir. Bu isə o deməkdir ki, tələbələrə yaradılan şərait, müəllimlər heyətinin tərkibi, müəllimlərin bilik səviyyəsi, tələbə mobilliyi, müəllim mobilliyi, kitabxana təminatı, hamısı bir kriteriyalar kimi nəzərə alınmalıdır. Və bunun əsasında təhsil haqqı müəyyənləşdirilir.
Amma çox təəsüflər olsun ki, Azərbaycanda ali məktəblərin verdiyi təhsilin kefiyyəti dəqiq qiymətləndirilməyib. Bunun müqabilində isə təhsil haqları ilbəil artır. Dünyanın inkisaf etmiş ölkələrində belə bir tendensiya var. Ali məktəbə qəbul olarkən tələbənin özünün və valideynlərinin  maddi vəziyyəti ilə maraqlanırlar. Əgər ailənin əmək haqqı, maddi vəziyyəti təhsil haqqından 2-3 dəfə aşağıdısa, onlara kiçik kreditlər verilir - 1%-dən 3%-ə qədər.
Təhsil bitdikdən sonra o kreditlər qaytarılır. Təəsüf ki, bizdə bu praktika da  yoxdur. Bu gün bəzi universitetlərdə təhsil haqqı 3000-3500 manata qədərdir. Bu qiymətlər müəyyən olunarkən nə əhalinin maddi imkanları nəzərə alınıb, nə də təhsilin kefiyyəti”.

E.Əliyev onu da bildirib ki, Azərbaycan neft ölkəsidir, buna görə də burada təhsil pulsuz olmalıdır.

Kefiyyətli təhsil ölkənin gələcəyi ücün çox önəmlidi. Qiymətdən cox, biliyin artırılması gələcək ücün daha vacibdir.

Gülnarə Bünyatova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı