Modern.az

Daxili Qoşunlarda Zakir Həsənovun vəzifəsini kim tutacaq? - AÇIQLAMA

Daxili Qoşunlarda Zakir Həsənovun vəzifəsini kim tutacaq? - AÇIQLAMA

Ölkə

25 Oktyabr 2013, 15:05


General Zakir Həsənovun müdafiə naziri təyinatından sonra Daxili Qoşunların komandanı vəzifəsinə Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovun gətiriləcəyi barədə xəbərlər dolaşmaqdadır.

Korpus komandiri, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərovun Zakir Həsənovu Daxili Qoşunların komandanı vəzifəsində əvəzləyəcəyi hələlik rəsmi təsdiqini tapmayıb.

Daxili Qoşunların Baş İdarəsinin növbətçi hissəsindən Modern.az saytına verilən açıqlamada bildirilib ki, Zakir Həsənovun yerinə hələ ki, yeni təyinat olmayıb.

”Hazırda onun vəzifəsini Daxili Qoşunların qərargah rəisi, general-mayor Şirin Xəlilov icra edir”.

Daxili Qoşunlara Komandan təyin olunması prezidentin müstəsna səlahiyyəti olduğundan Daxili İşlər Nazirliyi mətbuat xidməti bu mövzunu şərh etməyi lazım bilmədi.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı