Modern.az

Deputat Prezidentə təşəkkür məktubu yazdı

Deputat Prezidentə təşəkkür məktubu yazdı

Ölkə

Bu gün, 08:42

Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, deputat layiq görüldüyü yüksək təltifə və göstərilən ali diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Ülvi Quliyev qeyd edib ki, Azərbaycanın idman ölkəsi kimi tanınmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Onun sözlərinə görə, yeniyetmə və gənclərin bədən tərbiyəsinə, eləcə də peşəkar idmana marağının artması həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir.

Deputat idmançıların qazandığı uğurlarda dövlət qayğısının mühüm rol oynadığını vurğulayıb və bu diqqəti öz idman həyatında da hiss etdiyini bildirib.

Ülvi Quliyev peşəkar idmandan sonrakı ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətə görə də Prezidentə təşəkkür edib:

“Bilirəm ki, haqqımda imzaladığınız Sərəncam qürurverici olduğu qədər üzərimə həm də böyük məsuliyyət qoyur. Sizi əmin edirəm ki, göstərdiyiniz ali diqqəti əməli fəaliyyətimdə doğrultmaq üçün səy və bacarığımı əsirgəməyəcəyəm”, – deputat məktubunda qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı