Modern.az

Ermənistan xarici kəşfiyyatın rəhbəri Bakıdadır

Ermənistan xarici kəşfiyyatın rəhbəri Bakıdadır

Ölkə

22 Sentyabr 2026, 17:26

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryan Bakıya gəlib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Melaniya Arutyunyan bildirib.

K.Qriqoryan Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak edəcək.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə səhər saatlarında İrəvandan Bakıya təyyarə uçduğu barədə məlumat yayılmışdı.

Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 07:00-da “Zvartnots” hava limanından havaya qalxıb və 50 dəqiqə sonra Bakıya enib. Təyyarənin bu gün saat 21:40-da İrəvana qayıtmasının gözlənildiyi bildirilib.

IV Bakı Təhlükəsizlik Forumu sentyabrın 21-23-də keçirilir. Forumda müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik qurumlarının rəhbərləri və nümayəndələri iştirak edir.

Sizə yeni x var
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!