Modern.az

Prezident: Bu, bizi narahat etməməlidir

Prezident: Bu, bizi narahat etməməlidir

Ölkə

Bu gün, 22:31

"Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq, görərik ki, artım templəri çox böyük deyil".

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev  dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısıı vurğulayıb ki, bunun təbii səbəbləri vardır.

"İlk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur".

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by AZTV (@aztvresmi)

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı