Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəliyi, regional proseslər nəzərdən keçirilib.
Nazirlər davamlı yüksək səviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.
Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığımızın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi vurğulanıb.
Diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi vurğulanmaqla regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
***
Saat 23:00
İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Modern.az xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.
Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Təfərrüatlar açıqlanmayıb.