Modern.az

Azərbaycan bu ölkə ilə viza rejimini sadələşdirir

Azərbaycan bu ölkə ilə viza rejimini sadələşdirir

Ölkə

Bu gün, 01:32

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbindən azad etmə haqqında Saziş"i imzalayıblar.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Sənəd rəsmi təmasların gücləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın əhatə dairəsinin genişləndirilməsinə töhfə verəcək.

İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan-Banqladeş münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin təhsil və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı