Modern.az

49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib

49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib

Ölkə

23 Sentyabr 2026, 09:02

Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!