Azərbaycanda astronomik payız başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, bu an “payız bərabərliyi” adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomik yaz başlayıb.
Payızın başlaması ilə Şimal yarımkürəsində gündüzlər tədricən qısalacaq, gecələr isə uzanacaq.
Məlumata görə, 2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək.
Astronomik payız dekabrın 22-də baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Bundan sonra Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.