Modern.az

Türkiyənin Kərkükə, Hələbə Azərbaycanın Qarabağa sahib çıxma zamanıdır!

Türkiyənin Kərkükə, Hələbə Azərbaycanın Qarabağa sahib çıxma zamanıdır!

Ölkə

15 İyul 2015, 14:14

Türkiyə özündə cəsarət tapıb İraq-Kərkük və Suriya-Hələb türkmənlərinə sahib çıxmalıdır. Türkiyə artıq ABŞ-ın oynuna gəlməməli öz dindaşlarının və soydaşlarının harayına çatmalıdır. Türkiyə nə zamanadək Qarabağ, Krım probleminin arxasında Rusiyanın, Kərkük və Hələb sorununun arxasında isə ABŞ və Avropa Birliyinin dayandığını iddia edərək səssiz qalacaqsa, başının üzərindəki təhlükələr artacaqdır...

Türkiyə Osmanlı dönəmində onun ərazisi olımuş Kərkük və Hələb üçün addımlar atmağa daha çox borcludur. Özü də bunu tez etməlidir. Çünki ABŞ Türk torpaqları hesabına Kürdüstan qurmağa başlamışdır. Kürdüstan ikinci Ermənistan kimi olacaqdır. Necə bu gün Ermənistan Rusiya və ABŞ-ın kuklası, yəni oyuncaq dövlətidir, eynisini Kürdüstan üzərindən də edəcəklər. Belə olduğu təqdirdə nədən Türkiyə, Türk ordusu öz insanlarına və torpaqlarına dogru getməkdə, onlara qucaq açmaqda tərəddüd etsin?!

Hər gün xəbər alırıq ki, İraq və Suriyadakı türkmən kəndləri Kürd qüvvətləri (YPG, Peşmərgə vəb.) tərəfindən boşaldılır. Bu zaman İŞİD deyilən terrorçu qruplaşmanın adından da istifadə olunur. Yəni guya həmin kəndlərə İŞİD nəzarət edirmiş... Bu anlamda da ABŞ və onun dəstəkçiləri Türkmən kəndlərinə saldırırlar. Türkiyə isə səssiz durumdadır... Belə ki, Türkmənlərə yerində yardım etmək əvəzinə, yalnız öz sərhədləri daxilində yer verir. Bununla da işi bitmiş hesab edir. Məncə, çox yanlış taktikadır. Çünki Türkmənlərin Türkiyəyə gəlməsiylə problem çözülmür. Tərsinə, bununla da Türkiyə bir zamanlar Ermənistanın yaranmasına razılıq vediyi kimi, eyni addımı Kürdüstan için də atmış olur. Bəlkə, Türkiyədə biriləri zənn edirlər ki, Türkiyə xaricində Kürdüstan dövlətinin yaranmasıyla Türkiyə də Kürd sorunundan qurtulacaqdır... Məncə, yox.

Türkiyə, Türk xalqı unutmamalıdır ki, bir zamanlar Rusiyanın birbaşa, ABŞ-ın isə dolayısı dəstəyilə qurulan Ermənistan bu gün yenə də problem oaraq qalır. Ermənistan qurular-qurulmaz Türkiyəyə və Azərbaycana torpaq iddialarında bulunmuşdu. Ermənilər torpaq qopartmaqda Türkiyə qarşısında bu günədək başarılı görünməsələr də, amma iddialarını davam etdirirler. Eyni zamanda bu gün Azərbaycanın Dağlıq Qarabag və digər torpaqlarının bir parçası Erməni-Xristian qüvvətlərinin əlindədir. O zaman da Türkiyə Ermənistanı aradan qaldırmaqdan vaz keçərək,  yalnız öz sərhədləri daxilindəki çıxarlarını, maraqlarını düşündü... Elə zənn etdi ki, bununla da “erməni məsələsi” bitdi. Amma bitmədi. Bütün dünyada ermənilər türklərin onlara  qarşı yapdıqları sözdə  soyqırımdan bəhs ediyor, torpaq iddialarına davam edirlər. Halbuki soyqırıma məruz qalan, torpaqları işal altında olan  Türkiyə və Azərbaycan türkləridir.

Bu gün isə Türkiyə qonşusu dediyi Suriya və İraqda türkmənlərin məhv olmasını kənardan izləyir. Yenə də zənn edir ki, Türkiyənin milli çızarları üçün bu taktika, yeterlidir. Məncə, bu Türk siyasətinə, Türk əxlaqına, Türk insanlığına uygun deyildir. Əgər bu gün ABŞ-Qərb hansı şərtlər altında Suriya və İraqdadırsa, Rusiya Krımdadırsa, Türkiyədə onlardan daha çox haqlı olaraq orada olmalıdır.

Türkiyədə bəzən birileri bizləri Qarabağın işğal altında olmasına görə qınayırlar. Haqlıdırlar. Amma bu gün Türkiyə Türkləri bəs nədən Kərkükə, Hələbə və başqa Türk diyarlarına sahib çıxmırlar? Onlar da Türkiyənin deyil mi? Rusiya necə Krıma sahibləndi, düşündünüz mü?

Arxadaşlar, Türklük bir bütündür! Türk üçün Qarabağ, Ankara, Kərkük, Təbriz, Urumçi, Kazan, Bağçasaray, Hələb, Diyarbəkir, Dərbənd, Daşkənd, Bişkek, Astana eynidir! Ona görə də bütün Türk məmləkətlərinə sahib çıkmak hər bir Türkün vəzifəsidir. Bu anlamda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan olarak Uyğurlara, Kərkükə, Qarabağa, Krıma, Hələbə və başqa Türk yurdlarına hər bir Türk sahib çıxmalıdır.. Yəni Azərbaycan ordusuna bu günədək Qarabağa sahib çıza bilməmək yaraşmadığı kimi, Türkiyə ordusuna da Kərkükə, Hələbə və başqa Türk ellərinə sahib çıxa bilməmək yaraşmır....

Demək istədiyim budur ki, artıq Türkiyə, Azərbaycan müdafiədən hücuma keçməlidir. Bizlər, ilk öncə öz torpaqlarımıza sahib çıxmalıyız. Bu gün ABŞ və ya Rusiya əsgərinin Kərkükdə, Hələbdə, ya da Krımda, Qarabağda olması nə dərəcə də məntiqlidir?! Amma vardır. O zaman bizlər nədən öz torpaqlarımıza ordu çıxarmamlıyız!!! Nə zamana qədər özi torpaqlarımız ugurunda savaş aparmaq üçün Rusiyadan, ya da ABŞ-dan, AB- dən izin gələcəyini düşünəcəyik!!!

Artıq yetər!!! Artıq Qarabağdan gələnlər Qarabağı unutmaq üzrə. Eyniı aqibəti Kərkük, Hələb, Krım Türkləri də yaşamırlar mı?!

Biz Türk ulusu olaraq dünyada güc olmadan heç bir sorunumuz (Qarabağ, Uygurustan, Krım, Kərkük, Hələb, Təbriz vəb.) çözülməyəcək, tərsinə yeni problemlərlə üz-üzə qalacağıq...

Məncə, Türkiyə Kərkükə, Hələbə, Azərbaycan Qarabağa, Təbrizə, Tatarıstan Krıma, Türkistanlılar Uygurstana sahib çıxmaq mücadiləsinə başlamalıdırlar..

Kimi gözləyirik?!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı