Modern.az

İntellektual mazoxizm - NƏQLİYYAT NAZİRLİYİNİN BAŞBİLƏNLƏRİNƏ

İntellektual mazoxizm - NƏQLİYYAT NAZİRLİYİNİN BAŞBİLƏNLƏRİNƏ

Ölkə

24 İyul 2015, 17:28

Bu gün nəqliyyatın intellektual idarəedilməsinin ən bariz nümunəsi ilə tanış olmaq xoşbəxtliyi mənə də nəsib oldu. Baxıram ki, neçə müddətdir insanlar Şəhidlər Xiyabanına, Milli Məclisə, “İçərişəhər” metrostansiyası istiqamətinə payi-piyada hər gün dəstə-dəstə yol gedirlər.
Bunlar təbiidir ki, şəxsi avtomobili olmayan insanlardır, haradasa iş yerinə və ya iş dalınca gedirlər. Bəziləri də Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək istəyən qonaqlar ola bilər. Hələ burada Mərkəzi Klinik Xəstəxana da yerləşir, xəstəsini ziyarət edənlər də az deyil.

Təsadüfən tanıdığım bir nəfərdən soruşdum ki, “niyə bu istidə avtobusdan istifadə etmirsiniz?”.

Söylədilər ki, bəs Avropa Oyunları zamanı bu qayda tətbiq olunub – bəzi marşrutlar ləğv olunub, bəzilərinin istiqaməti dəyişdirlib - indiyə kimi də bu qadağa qüvvədə qalır. Əlbəttə, bütün vətəndaşlar Avropa Oyunları kimi möhtəşəm bir tədbir zamanı bütün məhdudiyyətləri anlayışla qarşıladılar və dəstəklədilər. Oyunlardan sonra da buradan bütün marşrutların yığışdırılmasının hansı məntiqi izahı ola bilər?

Demək neçə müddətdir, Milli Məclisə gələn işçilər, ərizə gətirən vətəndaşlar bu uzaq yolu piyada gəlib-gedirmişlər.

Əzizlərim, bunun adına sadəcə İNTELLEKTUAL MAZOXİZM deyilə bilər. Vətəndaşlara bu qədər əziyyət verməyin başqa adı varmı?

Yaxında metro yox, başqa ictimai nəqliyyat növü yox, insanın taksiyə verməyə pulu yox, hər gün bu çiləni bu insanlara çəkdirməyin adı nədir?

Hər nöqsanı ölkə prezidenti iclasda üzünüzə deməməlidir ki, hər kəs rəhbərlik etdiyi sahədə vətəndaşa xidmət etməyi vicdan borcu olaraq görməsə də, heç olmazsa vəzifə borcu olaraq görməlidir.

Ümid edirəm ki, bu məsələyə aidiyyatı olan qurumlar vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün dərhəl təcili tədbirlər görəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı