Modern.az

Vladimir Vısotskinin bakılı analığı - HƏYAT HEKAYƏSİ

Vladimir Vısotskinin bakılı analığı - HƏYAT HEKAYƏSİ

Страна

31 İyul 2015, 16:56


İyulun 25-də məşhur sovet ifaçısı, şair və aktyor Vladimir Vısotskinin ölümünün 35 ili tamam oldu. Vaxtilə Moskvada Yay Olimpiya Oyunlarının keçirildiyi zamana təsadüfən edən ölüm sovet rəhbərliyi tərəfindən xalqdan gizlədilsə də, Vıstoskinin dəfn mərasiminə bir neçə min insan toplaşmışdı. Modern.az saytı böyük bard ifaçısı, “xırıltılı səsi” ilə Sovet gerçəkliklərini dünyaya çatdıran dahi simanın tərcümeyi-halında Azərvbaycanla bağlı məqamı diqqətə çatdırır.

Vladimir Vısotskini boya-başa çatdıran analığı Anna Martirosova əslən bakılı olub.

Yevgeniya Stepanovna Martirosova1918-ci il dekabrın 25-də Bakıda erməni ailəsində dünyaya göz açıb. Onun valideynləri Bakıdakı neft emalı zavodlarından birində çalışıblar. 1920-ci ildə Yevgeniya Martirosovanın valideynləri Həştərxana köçüblər.
 

16 yaşı olarkən Yevgeniya Martirosova soydaşı Sergey Akopovla ailə həyatı qurur. Lakin Vısotskinin gələcək analığının təyyarəçi əri ilə evliliyi çox çəkmir. İkinci Dünya Müharibəsi sırasında Berlini bombalayan zaman Akopovun təyyarəsi vurulur və o, həlak olur. Bundan sonra Yevgeniya Martirosova 2-ci dəfə ailə həyatı qurur. Onun budəfəki əri Rostislav İvanoviç Lixalatov SSRİ DİN-in idarələrdən birinin baş mühəndisi olur. Lakin Bakiya iş ezamiyyəti zamanı Lixalatov bədbəxt hadisə nəticənsində vəfat edir.

Yevgeniya Stepanovna bundan sonra həyatının sonuna qədər rəsmi sənədlərdə Yevgeniya Vısotskaya-Lixolatova kimi təqdim olunacaqdı.

2-ci həyat yoldaşının da ölümündən sonra bakılı Martirosova Valdimir Vısotskinin atası Semyonla tanış olur. Onlar 1942-ci ildə tanış olsalar da, o zaman Nina Seregina (Vıstoskinin doğma anası) ilə evli olan Semyon ailəsinin dağılmasına razı olmur. Lakin həyat yoldaşı ilə münasibətlərinin gərgin olması səbəbindən 1945-ci ildə Sereginadan ayrılır. Bir müddət nikahsız yaşayan Yevgeniya Martirosova və Semyon Vısotski 1946-cı ilin sonlarında münasibətlərini rəsmləşdirirlər.

Müharibə illərində ailə başçısı Semyon Vısotski cəbhədə olduğu üçün Vladimir Vıstoski anası Nina ilə 4 il Moskva və Orenburqun Buzuluk şəhərlərində yaşayır. Valideynlər 1945-ci ildə rəsmən ayrıqıdıqdan sonra isə 7 yaşlı Vladimir doğma anasının himayəsində qalır. Lakin Nina Seregina bu zaman ikinci dəfə ailə həyatı qurur. Vladimirlə atalığı arasında münasibətlərt heç cür uyuşmur və ailə iclasında qərara alınır ki, Vladimir atasının evinə göndərilsin.

Beləliklə, 1947-ci ilin yanvarında Vladimir Vısotski atası Semyon və bakılı analığı Yevgeniya Vısotskayanın ailəsində yaşamağa başlayır.



Atalığından fərqli olaraq, Vısotki analığı ilə isti münasibətlər qurur və ömrünün sonuna qədər Tevgeniya Stepanovnaya “Jenya ana” deyə müraciət edir.

Semyon Vlısotski həmin illəri xatırlayan zaman oğlunun tərbiyəsi ilə əsasən Yevgeniya Vısotskayanın məşğul olduğunu söyləyir.

“Mənim ikinci arvadımYevgeniya Stepanovna Vısotskaya-Lixolatova Volodya üçün əsl ana oldu. Oğlum 1947-ci ilin yanvarında bizə köçdü. Bu vaxt mən Almaniyanın Ebersvald şəhərində xidmət edirdim. Bəzən həftələrlə evdə olmurdum – təlimlər, səfərlər... Ona görə də Volodyanın tərbiyəsi ilə Yevgeniya Stepanovna məşğul olurdu. Onlar ilk andan etibarən ortaq dil tapıdlar və bir-birini sevdilər.



O, bəzən əsl ana kimi oğulluğunun bütün istəklərini yerinə yetirirdi. Məsələn, bir gün Volodya atasındakı kimi qara çəkmələrin olmasını istəyib. Yevgeniya bir neçə atelyeni gəzərək, ona lazım olan pinəçini tapır və eyni ilə mənim çəkmələrimdən sifariş verir. Sifariş yerinə yetirildikdən sonra Volodya öz çəkmələrini mənim çəkmələrimlə yanaşı qoyur. Onların tamamilə bir-birinə bənzədiyini görür və sevincini gizlədə bilmir”- deyə Semyon Vısotski sonralar xatırlayırdı.

1980-ci il iyulun 25-də Vıstoski kəskin ürək çatışmazlığından dünyasını dəyişib. 42 yaşlı yeganə övladlarını və qürur mənbələrini itirən Semyon və Yevgeniya Vısotskilər dərin sarsıntı keçirirlər. Təəssüf ki, cütlüyün faciələri bununla bitmir. 1988-ci ilin dekabrında 70 illik yubileyini qeyd etməyə hazırlaşan Yevgeniya Vısotskaya yol ilə gedən zaman 9 mərtəbəli binanın damından qopmuş buz parçası onun başına  düşür və ölümünə səbəb olur.

Beləliklə, həm Vladimir Vısotskinin, həm də onun bakılı analığı Yevgeniya Vısotskayanın həyatı faciəli sonluqla bitir.





Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı