Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürler. Bir statusa görə jurnalsti öldürmek, bir xoşa gəlməyən cavaba görə dostunu, qadınınə, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir. Öldürülən jurnalistin yaxınlarına başsağlığı diləyirəm.
Bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı dıqqət yetirməliyik: ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlerin suallarına cavablarla büruzə verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab verir ki, "türklər mənim dostumdur!". "Biz də türkük!" demək nə qədər ciddi hazırlıq tələb edir?
Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə, daha mədəni üslubda və dolayı formada ifadə etsin.
Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır. Ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır və insanlar öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirlər.
Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi de, sahibkari da, polisi də, müəllimi də, oğrusu da, müqənnisi də lazımi təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır.
Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar övladları yol polisi hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar.
Yəni her kəs öz imtiyazı səviyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaq. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmet qazanmaq səviyyəsinde tərbiye sahibi olmasına ehtiyac var.