Modern.az

Azərbaycanda ad, soyad və ata adını dəyişənlərin SAYI açıqlandı

Azərbaycanda ad, soyad və ata adını dəyişənlərin SAYI açıqlandı

Ölkə

11 Avqust 2015, 09:31

Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Modern.az saytının 2014-cü ildə və 2015-ci ilin ötən dövründə ad və soyadın dəyişdirilməsi barədə sorğusunu cavablandırıb.

 

Nazirlik rəsmisi bildirib ki, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2014-cü il ərzində 3084 soyad, ad və ata adının dəyişdirilməsi baş tutub:

“2015-ci ilin ilk 6 ayı ərzində isə 1236 soyadın, adın və ata adının dəyişdirilməsi qeydə alınıb”.

 

R.Kərimova Modern.az saytının “2014-cü ildə və 2015-ci ilin ötən dövründə ad və soyadın dəyişdirilməsi üçün müraciət edən vətəndaşlar arasında neçəsi cinsini dəyişmiş şəxs olub; Göstərilən müddətdə cinsini dəyişmiş vətəndaşlar tərəfindən yeni ad və soyad üçün idarəyə edilən müraciətlərdən neçəsi təmin olunub; Hansı prosedur və ya yoxlamadan sonra belə vətəndaşların ad və soyadları dəyişdilir, yeni şəxsiyyət vəsiqəsi verilir; Cinsini dəyişəndən sonra yeni ad və soyad götürən vətəndaşlar arasında neçəsi qadın, neçəsi kişi kimliyi alıb; Cinsini dəyişən vətəndaşların üstünlük verdiyi ad və soyadlar hansılardır” suallarına cavab olaraq bildirib ki, bu istiqamətdə statistika aparılmır:

 

“Məlumat veririk ki, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cinsin dəyişdirilməsi ilə bağlı vətəndaşların soyadını və adını dəyişdirməsinin statistikası aparılmadığından, eləcə də “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini, və ya sənədləşdirilməsini tələb etdiyindən sorğunuzun icrası mümkün olmayıb”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...