Modern.az

Azərbaycanda 918 uşaq övladlığa götürülüb

Azərbaycanda 918 uşaq övladlığa götürülüb

Ölkə

15 Avqust 2015, 14:31


“2014-cü ildə Azərbaycanda 918 uşaq övladlığa götürülüb”. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, övladlığa götürülənlərin 9-u əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilib.  

Övladlığa götürülənlərin 408 nəfəri qız uşaqları olub. Onların 205-i 1 yaşa qədər olan uşaqlar, 360-i 1-5 yaş arası, 203-ü 6-10 yaş arası, 150-i isə 11-18 yaş arası olanlardır.  

2013-cü ildə isə 961 nəfər övladlığa götürülüb ki, bunlardan da 5-i əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən aparılıb. Həmin ildə övladlığa gğötürülənlərin 432-i qız olub.    

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı