Gürcüstanın Dövlət Servislərinin İnkişafı Xidməti 2015-ci ilin əvvəlindən yerli sakinlərlə əcnəbilər arasında qurulan nikahların statistikasını açıqlayıb.
Modern.az adıçəkilən xidmətə istinadən xəbər verir ki, 2015-ci ildə 227 Gürcüstan vətəndaşı Azərbaycandan olan xanımlarla ailə həyatı qurub. Analoji dövr ərzində Azərbaycan vətəndaşına ərə gedən gürcü xanımlarının sayı isə 105 olub.Statistik məlumata əsasən gürcü kişiləri ən çox rusiyalı (891) xanımla ailə həyatı qurur.
Növbəti yerlərdə Azərbaycan (227), Ermənistan (188), Ukrayna (175) və ABŞ (30) yer alıb. Paralel olaraq, 2015-ci ilin ilk 7 ayında 465 gürcü xanımı Rusiya, 186-sı Türkiyə, 105-ci Azərbaycan, 96-sı Yunansıtan, 63-ü Ermənistan və s. ölkə vətəndaşları ilə nikaha daxil olub.
Vüqar İsmayılov