Modern.az

Azərbaycanda 1000 tələbə ali məktəbdə oxumaqdan imtina etdi

Azərbaycanda 1000 tələbə ali məktəbdə oxumaqdan imtina etdi

Ölkə

31 Avqust 2015, 16:24

Ali təhsil müəssisələrinə bu il qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmə müddəti avqustun 27-də başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxını ali təhsil müəssisələrindən imtina edib.

Qeydiyyatdan keçməyənlər əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərdir.

Vüsalə Qəzənfərqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı