Modern.az

Vəzifədən çıxarılan sabiq icra başçısı: “Deputat olmaq istəyirəm”

Vəzifədən çıxarılan sabiq icra başçısı: “Deputat olmaq istəyirəm”

Ölkə

4 Sentyabr 2015, 13:17


İki gün öncə ölkə başçısının sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Nəsib Məhəməliyev bundan sonrakı fəaliyyətinə dair açıqlama verib. Modern.az-ın məlumatına görə, “Unikal” qəzetinə müsahibəsində N.Məhəməliyev parlamentdə təmsil olunmaq istədiyini bildirib:

- Nəsib müəllim, cənab Prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi?

- Bəli, gözləyirdim.

- Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir...

-Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilıməz deyildi.

- Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz?

- Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatilmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb

- Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz?

- Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı