Modern.az

2016-cı ilin büdcəsi AÇIQLANDI

2016-cı ilin büdcəsi AÇIQLANDI

Ölkə

14 Sentyabr 2015, 16:46


Maliyyə Nazirliyi 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrini açıqlayıb.

Nazirlikdən Modern.az saytına verilən açıqlamada bildirlib ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dollarıgötürülüb.

Layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 14566 mln. manat (bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə 16264 mln. manat proqnozlaşdırlıb.

Büdcə kəsirinə gəldikdə, bu, gələn ilin dövlət büdcəsi layihəsində 1698 mln. manat göstərilib.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub.

Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri  4836 mln. manat az proqnozlaşdırılıb.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı