Modern.az

Musa Qasımlı Sabir Rüstəmxanlının dairəsinə getdi, Tənzilə Rüstəmxanlı Sumqayıta gəldi

Musa Qasımlı Sabir Rüstəmxanlının dairəsinə getdi, Tənzilə Rüstəmxanlı Sumqayıta gəldi

Ölkə

16 Sentyabr 2015, 17:53

Milli Məclisə 1 noyabrda keçiriləcək seçkilərlə bağlı daha bir maraqlı xəbər məlum olub. Modern.az saytına daxil olan xəbərə görə, parlamentin hazırki bitərəf deputatı, tarixçi-alim Musa Qasımlı seçki dairəsini dəyişib. Belə ki, o, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bu dairənin hazırki deputatı 2010-cu il seçkilərində qalib gəlmiş Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.

Musa Qasımlı 2010-cu il seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilmişdi

Beləliklə, Musa Qasımlının 72 saylı Yardımlı-Masallı dairəsinə getməsi Sabir Rüstəmxanlının seçkilərə qatılmayacağı anlamına gəlir. Məsələ burasındadır ki, Modern.az saytına verilən digər xəbərə görə, Sabir Rüstəımxanlının xanımı, “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürəcək.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı