Modern.az

Bakı-Sumqayıt yolundakı qəzada ölənlər 3-ə çatdı - YENİLƏNİB- VİDEO

Bakı-Sumqayıt yolundakı qəzada ölənlər 3-ə çatdı - YENİLƏNİB- VİDEO

Ölkə

17 Sentyabr 2015, 10:43

“Bakı-Sumqayıt yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər dünyasını dəyişib”. Bu haqda Modern.az saytına Sumqayıt Şəhər Təcili yardım Stansiyasının baş həkimi Arif Yusifov məlumat verib.

Baş həkim bildirib ki, hadisə nəticəsində yaralananların sayı 10 nəfərdir:

“Ölənlərin ikisi də kişidir, kimlikləri barədə informasiya verə bilmərik. Hadisə nəticəsində 10 sərnişin yaralanıb. Onlar da xəstəxanaya yerləşdirilib.  Yaralılardan 4 nəfər qadın, 6 nəfər kişidir, vəziyyətləri ağırdır”.

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib. İçərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

***

Bakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralananların adları məlum olub.

Sumqayıt şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü  Baloğlan Ağakişiyev, 1988-ci il təvəllüdlü Cavadov Rövşən Əsgər oğlu, Əhmədov Rəşad, İbadətAllahverdiyeva, Əsmər Məmmədova, Ofeliya Məmmədova, Afiq Paşabəyov, hələlik kimliyi məlum olmayan üç nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.

Qeyd edək ki, bu gün səhər saatlarında “Ford-Tranzit” markalı mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb.




Gülşən RAUFQIZI
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı