Modern.az

Bu yazını oxumasanız da olar

Bu yazını oxumasanız da olar

Ölkə

22 Sentyabr 2015, 11:14

Bəşəriyyətin bəlkə də ən stabil, ən təhlükəsiz dövrlərindən birini yaşayırıq. Müharibələrmi? – boş verin onlar həmişə var idi və daha qəddar idilər. Fəlakətlərmi? – insan övladı daha güclüdür onlardan.

Bəs bizə nə olur? Nə dəyişir bizim həyatımızda?

* Bildiklərimiz artır, səbrimiz azalır.

* Əmlakımızı artırır, ləyaqətimizin azalmasından xəbər tutmuruq.

* Çox danışırıq – ancaq haqqında danışılası uğurların sayı çox deyil

* Xarici dünyanı mənimsəmişik. Daxil bizə maraqlı adam deyil.

* Atomu parçaladıq, amma önyarğılarımız durur.

* Əyləncə növlərimizin sayı artıb, sevinclərimiz azalıb.

* Gəlirlərimiz artıb, mənəviyyatımız çürüyüb.

* Dünyanı qucaqlamışıq, yanımızda can çəkişəndən xəbərimiz yoxdur.

Klassik nəticə ilə bitməyəcək yazı. “Hə nə olsun?” – dediyinizi eşidirəm. Heç nə, dedim ki, biləsiz, biləsiz ki, ikinci şansımız yoxdur. Olmayacaq, şans bir dəfə gəlir.

Dedim və gedirəm, işinizə dönə bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı