Modern.az

Bakıda qurban kəsənlərin sayı azaldı

Bakıda qurban kəsənlərin sayı azaldı

Ölkə

24 Sentyabr 2015, 20:42

 

Bu gün müsəlman dünyası  müqəddəs Qurban bayramını qeyd edir.  Azərbaycanda bayramın qeydedilmə günü 24 və 25 sentyabr tarixlərinə təsadüf edir.

Bu il Azərbaycanda qeyd edilən Qurban bayramı ötən ilki bayramlardan bir qədər fərqlənir. Belə ki, bayram günlərində qurbanlıq  heyvan(qoyun, dəvə, inək)  əldə etmək istəyənlərin sayında o qədər də çoxluq hiss olunmur.   Bəziləri bunu bayramın əvvəlki yüksək-əhval ruhiyyədə keçirilməməsi kimi əsaslandırsa da,  geniş kütlə daha çox  insanların sosial durumundan yaranan mövcud vəziyyətlə əlaqələndirir.  

Modern.az saytının əməkdaşı  bayram günündə bir neçə satış yarmarkalarına baş çəkib. Real vəziyyətlə yerindəcə tanış olub. Satış yarmarkalarında  qurbanlıq qoyunları əldə etmək üçün   alıcı kütləsinin fəallığı ilə maraqlanıb.   Gündəlik heyvan satışı ilə məşğul olan qəssab-satıcılar  bu ilki bayramın əvvəlki illərdən fərqli olduğunu deyirlər. Hətta, əvvəlki illərə nisbətən bu il qurbanlıq heyvan alanların sayında azalma olduğunu da bildiriblər.  

Real vəziyyəti Modern.az-a danışan qəssablar  bu ilki qurban bayramında insanların 2-3 kq ət alması ilə kifayətləndiyini deyiblər.   Keşlə bazarı yaxınlığındakı yarmarkada qurbanlıq qoyunları satan qəssab Yusif Əlimərdanov bildirib ki, bu il alıcı qabiliyyəti çox aşağı səviyyədədir.   

“Əvvəllər əsasən qurbanlıq qoyun alanların  sayı daha çox idi. Gün ərzində qurbanlıq heyvan bazarında iynə atsan yerə düşməzdi. Bu il isə hər şey çox fərqlidir. Alıcılar azdır”.  

“Çobanzadə” küçəsindəki yarmarkada da eyni sözləri eşitdik. Qəssab Məmməd Davudov qeyd edib ki, insanlar Qurban bayramını 2-3 kq ət almaqla qeyd edirlər.  

Demək olar ki, iri heyvanlara əvvəlki illərlə müqayisədə bu il  az üstünlük verilir”.   Diqqət çəkən  məqam odur ki,  bu ilin fevralında manat devalvasiyaya uğradı. Təbii ki, bazar yarmarkalarında, satış yerlərində, marketlərdə ərzaq və qeyri-ərzaq növlərinin qiymətində artım özünü göstərdi. Hətta, mövsüm üçün xarakterik olan meyvə-tərəvəzin qiyməti “əl yandırsa”  da,  alıcı kütləsinin “gözdən itməsi” daha real göründü.

Həmçinin, alıcıların alışdığı daha bir məqam var. O da bayram günlərində qiymətlərin birə-beş qalxması. Qurban bayramında da alıcı kütləsinin azlığı sosial durumun qənaətbəxş olmadığını göstərdi.

Namidə BİNGÖL  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı