Modern.az

Çirkin maraqlar naminə görülən işlərə kölgə salmayaq

Çirkin maraqlar naminə görülən işlərə kölgə salmayaq

Ölkə

26 Sentyabr 2015, 12:30

Bəzi media orqanları, əgər belə demək mümkündürsə, bir çox hallarda hansısa səbəbdən görülən işləri heçə endirməyə maraqlı görünürlər. Mənbəyi və mənşəyi bilinməyən saytlarda, habelə sosial şəbəkələrdə bu qəbildən olan insanlar min oyundan çıxaraq görülən işləri sıfıra endirmək, kölgə salmaq uğrunda dəridən qabıqdan çıxırlar...

Bəzi məqamlara diqqət yetirək....                  

Cavid Qurbanovun təyinatı Azərbaycan Dəmir Yollarında inqilaba səbəb olub. Cavid Qurbanovun həyata keçirdiyi layihələrin icrası kimlərəsə sanki qıcıq yaradırmış. Nəticədə açlışında cənab prezidentində iştirak etdiyi qatarların səhəri günü Siyəzənə getməsini tirajlayıb yaydıq. Beləliklə, prezidentində qatıldığı tədbirə bilərəkdən və ya bilməyərəkdən kölgə salmaq istədik. Nəticə isə bəlli oldu ki...

Yelmar Vəliyev Gəncədə möhtəşəm addımlar atır və indiyədək şəhərdə hec bir icra başçısının etmədiyi irihəmcli layihələri gercəkləşdirib. Bu gün Gəncə şəhəri Qafqazda qədimliyini saxlayan ikinci ən müasir şəhərə çevrilib. Bundan əvvəl isə onun Yevlax şəhərini az qala kurort şəhərinə çevirdiyinində şahidi olmuşuq...

Zakir Fərəcov Xırdalan kəndini az müddət ərzində şəhərə cevirdi. Yəqin ki, hazırda çalışdığı Sumqayıt şəhərində də belə iri həcmli layihələr həyata keçirməyinin şahidi olacağıq...

Bu sıraya mənim üçün doğma olan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun adını əlavə etmək olar.

Son iki ilə yaxın müddətdə Quzanlı kəndi şəhərə çerilmək ərəfəsindədir. Enli küçə və prospektlər, müasir xidmət sahələri, park və meydançaların tikintisi həyata keçirilib.

Ağdamın simvolu olan “Çay evi”nin tikintisinin həyata keçirilməsi, Soltanbud təpəsindən abadlıq işlərinin aparılması, istirahət zonasının yaradılması, əlimizdə qalan 28 faizlik ərazidə görünməmiş layhələrin icrası icra başçısı Raqub Məmədovun adıyla bağlıdır. Artıq qəsəbə statusu almış Quzanlı kəndində onlarca küçəyə tanınmış şəxslərin adları verilmişdir.

Mən görünlən işləri daha geniş şəkildə sadalamaq niyyətində deyiləm. Onsuz da bu layihələri saydıqca qurtarası deyil.

Bu gün Ağdam Rayon İcra Hakimiyyəti başçısının kreslosunda yaxından tanıdığım Raqub Məmmədov əyləşib. Və yuxarıda sadaladığım işlərində əsas təşəbbüskarı da məhz odur. Bundan sonra kimin o kresloda oturmasından asılı olmayaq ilk növbədə kresloya hörmət etməliyik. Və kresloda oturanlar isə öz hərəkətləri və işləri həmçinin həyata keçirdiyi layihələrlə sakinlərin rəğbətini qazanmaqla kreslonun çəkisini bir qədərdə artırmış olurlar. Məhz Raqub Məmmədov kimi.

Başçı və onun oğlu haqqında son aylar ard-arda yazılan məqalələrin ilk cümləsindən onun məqsəd və məramı aydın olur. Təəssüf edirəm ki, bu gün Ağdam rayonunda aparılan quruculuq işlərinə gölgə salmaq istəyənlərin əksəriyyəti də məhz bu rayonun sakinləridir.

Yekun olaraq demək istədiyim odur ki, görülən işlərə obyektiv qiymət vermək özünü media orqanının təmsilçisi hesab edən şəxslərin borcudur. Görülən işləri görməmək və ya hansısa məqsəd və maraq naminə görülən işlərə kölgə salmaq ən azı qələmimizə hörmətsizlikdir və hec bir məntiqə sığmır.

Bu günlərdə Ağdam RİH Başçısı haqqında yazılanların şər-böhtan olmasını media orqanının özünün etiraf etməsi də ədalətin zəfər çalması kimi də qəbul etmək olar.

Gəlin çirkin maraqlar naminə görülən işlərə kölgə salmayaq, əksinə əl-ələ verib qurucu insanlara dəstək olaq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...