Modern.az

"İlhamə Quliyeva adlı tələbəmiz yoxdur" - Moskva xalq artistimizi BİABIR ETDİ

"İlhamə Quliyeva adlı tələbəmiz yoxdur" - Moskva xalq artistimizi BİABIR ETDİ

Ölkə

30 Sentyabr 2015, 12:55

 

Bu günlərdə xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. 72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı.

“Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm”.

Modern.az saytı xəbər verir ki, Lent.az xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxlayıb.
"Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün bizə İlhamə xanımın oxuduğu hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət gördülər. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə açıqlamasında bildirdi ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. “Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə var”"-deyə sayt yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı