Modern.az

Avropa Məhkəməsi azərbaycanlı qaçqınlara məktub göndərib

Avropa Məhkəməsi azərbaycanlı qaçqınlara məktub göndərib

Ölkə

28 Oktyabr 2015, 17:58

Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı barədə məlumat vermişdik.

Qərar bu ilin iyunun 16-da elan edilib. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidirlər. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq.

Modern.az son olaraq bununla bağlı hansı addımların atıldığını öyrənmək üçün həmin məcburi köçkünlərlə əlaqə saxlayıb.

Avropa İnsan Haqları Məhkəməsinə müracət edən Laçın rayonundan məcburi köçkün Fəxrəddin Paşayev Modern.az-a proseslə bağlı son yenilikləri açıqlayıb.

O qeyd edib ki, 10 gün qabaq onların Avropa İnsan Haqları Məhkəməsindən və Avropadakı vəkilləri tərəfindən mülkiyyətlərinin müəyyən edilməsi ilə bağlı məktub göndərilib.

“Məhkəmənin qərarından sonra vəkillərimiz bizə suallar ünvanlayıb ki, bu sualları cavablandıraq. Suallar da təbii ki, ingilis dilindədir. Biz həmin sualları tərcümə etdirmək üçün vəkil, tərcüməçi axtarırırq ki, onları cavablandıraq.

Suallar bizə tərcümə olunmalıdır, biz həmin suallara cavab hazırlamlıyıq və yenidən ingilis dilinə tərcümə olunub onlara göndərilməlidir. Tərcümə də xeyli vəsait tələb edir, həm də hüquqşunas olmalıdır”.

F.Paşayev qeyd edib ki, məhkəmənin qərarından sonra onlarla heç kim maraqlanmayıb.

“Bizim adda adamın olub-olmaması Respublika üçün maraqlı deyil. Bizim telefonlarımıza heç kim cavab vermir. Mesaj da göndərirlər ki, “biz tərcüməçi deyilik, gedin özünüzə tərcüməçi tapın”. Çox soyuq münasibət göstərirlər. Heç kim bu günə qədər maraqlanmır ki, onların məsələsi nə oldu. Modern.az və bəzi kanllar axtarıb. Kanallar da ancaq bir-iki sual veriblər ki, material yığsınlar”.

1 ay rəzində geri cavab göndərmək lazım olduğunu deyən məcburi köçkün qeyd edib ki, onların 20 gün vaxtları qalıb və hələ bir irəliləyiş əldə edə bilməyiblər.

“Azərbaycanda hüquqşunasımız yox idi. Bircə Prezident Aparataında sektor müdiri Çingiz Əsgərov yardımçı olurdu. O da Azərbaycan tərəfdən lazım olan sənədləri təqdim edib.

F.Paşayev sadəcə sualların mülkiyyətlə bağlı olduğunu hüquqşunalardan dəqiqləşdirə bilib, lakin onun yazılı formasını hələ ki əldə edilməyib.

“Türk dilində danışan vəkillərlə əlaqə saxladım, dedilər ki, mülkiyyət haqqında suallardır. Ermənistana qarşı qaldırdığımız mülkiyyət iddiasını dəqiqləşdirmək üçündür. Yəni nəyimiz qalıb? Hansı qiymətdədir evimiz? Evimiz nə quruluşda olub? Evimizin müasir dövrdə kirayə versəydik nə qədər qazanc əldə edərdik? Bakıda evimiz yoxdursa, hansı xərclə yaşayırıq və s.

Bu tipdə olan suallardır. Bunu vəkil şifahi demişdi, amma yazılı şəkildə tərcümə əldə edə bilməmişik. Bizə də heç kim kömək etmir. Səsimiz Prezidentə çatmır. Yerlərdəki məmurlar da sanki bizim dümən gözündə görürlər. Sizin vasitənizlə səslənirəm ki, bəlkə bizə yardım edən tapılar və biz bu sulları tərcümə etdirə bilək”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı